Prezident öz oğluna yüksək vəzifə verdi
İran prezidenti Məsud Pezeşkian oğluna hökumətdə yüksək vəzifə verib.
İran KİV-ləri xəbər verir ki, İran liderinin böyük oğlu Yusif Pezeşkian Prezident Administrasiyasının rəhbərinin müşaviri və media üzrə köməkçisi təyin edilib.
Məlumata görə, o, bu vəzifəyə Prezident Aparatının rəhbəri Möhsün Hacı Mirzayi tərəfindən təyinat alıb. Qeyd olunub ki, Pezeşkianın oğluTexnologiya Universitetinin doktorantıdır.
Xatırladaq ki, müddət öncə isə Məsud Pezeşkianın kürəkəni Həsən Məcidiyə də Prezident Administrasiyasının xüsusi köməkçisi vəzifəsinə təyinat verilib.