Avropalılar ABŞ Prezidenti Donald Trampın Ukraynada böhranın sülh yolu ilə nizamlanması strategiyası ilə barışmalı və səslərini kəsməlidir.
1xeber.media xəbər verir ki, bu sözləri ABŞ maliyyə naziri Skott Bessent deyib.
“Onlar daim israr edirlər: “ABŞ bunu etməlidir, ABŞ onu etməlidir”. Prezident Tramp Hindistana Rusiya neftini aldığı üçün ikinci dərəcəli sanksiya tətbiq etdi. Avropalılar hələ bunu etməyiblər. Əslində avropalılar Hindistanın neft emalı zavodlarının istehsal etdiyi neft məhsullarını alırlar”, - Bessent bildirib.
O qeyd edib ki, Avropa həqiqətən də Rusiyaya qarşı vahid cəbhə kimi çıxış etmək istəyirsə, üzərinə düşəni etməlidir.