Yuxarı Lars keçid məntəqəsindən kənd təsərrüfatı məhsulları yüklənmiş yüzlərlə yük maşını Rusiyaya buraxılmayıb, geri qayıtmağa məcbur olub.
1xeber.media xəbər verir ki, bu barədə erməni deputat Qarnik Danielyan "Facebook" səhifəsində yazıb.
Qeyd olunub ki, bununla bağlı yükdaşıyanlara aydın izahat verilmir, fitosanitar qaydalarla bağlı bəzi problemlərdən danışılır: "Qeyd edim ki, başqa mallarla yüklənmiş yük maşınları da hərtərəfli yoxlanışdan keçirilir və bu da onların Rusiya Federasiyasına girişinə əngəl törədir. Xüsusən də tikinti materiallarını daşıyan avtomobillər problemlərlə üzləşir ki, bu da bu sektorda görünməmiş haldır. Bir çox yük maşını hələ də qeyri-müəyyənlik içində qərar gözləyir.
Görünən odur ki, problem təkcə iqtisadi deyil, onun siyasi alt mətni var. Xoşbəxt "Trump Road!""