ABŞ prezidenti Donald Tramp mühafizəkar siyasətçi Çarli Kirkin qətlində əli olanların hamısını tapacağına söz verib.
1xeber.media xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth" sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.
Xatırladaq ki, ötən gün məşhur amerikalı mühafizəkar fəal Çarli Kirk "Utah Valley" Universitetində çıxışı zamanı ona sui-qəsd olub. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, lakin siyasətçinin həyatını xilas etmək mümkün olmayıb.