İran Rusiya və Çindən müasir silahlar aldığını təsdiqləyib.
1xeber.media xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd bildirib.
Onun sözlərinə görə, ölkə artıq MiQ-29 qırıcıları və S-400 zenit-raket kompleksləri alıb: "İran yaxın gələcəkdə əhəmiyyətli sayda Su-35 qırıcıları və HQ-9 hava hücumundan müdafiə sistemləri alacağını gözləyir".
Zöhrəvənd vurğulayıb ki, hazırkı beynəlxalq vəziyyət İranın müdafiə qabiliyyətinin gücləndirilməsini tələb edir. O qeyd edib ki, xarici güclər yalnız güc dilini başa düşür, buna görə də İran istənilən ssenariyə hazır olmalıdır.