Madaqaskar Prezidenti Andri Radzuelina ölkədəki etirazlardan sonra hökumətin buraxıldığını elan edib.
1xeber.media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Madaqaskarda sentyabrın 25-də başlayan aksiya hələ də davam edir. Aksiyalara səbəb hökumətin yararsız kommunal siyasəti olub. Etirazlar zamanı 22 nəfər ölüb, 100-dən çox adam yaralanıb.