Mahaçqala Sovet Rayon Məhkəməsi hüquq-mühafizə orqanları əməkdaşlarını öldürməyə cəhddə və qanunsuz olaraq partlayıcı qurğuların hazırlanmasında şübhəli bilinən Buynaksk şəhərinin dörd sakini barəsində həbs qətimkan tədbiri seçib.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 30-da məhkəmənin VKontakte səhifəsində məlumat verilib.
"Məhkəməyə təqdim edilmiş materiallara əsasən, bir qrup şəxs Buynaksk rayonunda polis bölməsini partlatmaq üçün əlbir olub. Onların cinayət planını həyata keçirmək üçün şübhəlilərdən biri partlayıcı qurğunun hazırlanması üçün komponentlər əldə edib və saxlayıb", - məlumatda deyilir.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 317-ci maddəsinin 30-cu maddəsinin 1-ci hissəsi (“Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd etmə”) və Rusiya Cinayət Məcəlləsinin 223.1-ci maddəsinin 2-ci hissəsi (“Partlayıcı maddələrin qanunsuz hazırlanması, qanunsuz olaraq partlayıcı qurğuların hazırlanması, dəyişdirilməsi və ya təmiri”) ilə cinayət işi açılıb.