Azərbaycandan tranzitlə ölkəyə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi birinci dadmağa hazıram.
1xeber.media xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
"Birinci mən bu buğdadan hazırlanan çörəyi dadmağa hazıram", - nazir sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, Qazaxıstan taxılı ilə yüklənmiş qatar Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Təxminən 1 000 ton dördüncü sinif buğda çatdırılmışdı. Təchizat Azərbaycanın tranzit yük daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırması sayəsində mümkün olub.

















