ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq 2026-cı ilin yanvarında vəzifəsini tərk edəcək.
1xeber.media xəbər verir ki, bu barədə “Röyters” dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, o bunu artıq öz həmkarlarına bildirib.
Qeyd olunur ki, Kelloqun istefası Tramp administrasiyasında Ukraynanın maraqlarını müdafiə edən əsas fiqurlardan birinin itirilməsi demək olacaq.
Məqalə müəllifləri izah edirlər ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi vəzifəsi müvəqqətidir. Nəzəri olaraq, 360 günlük müddət bitdikdən sonra vəzifədə qalmaq üçün bu şəxslər ABŞ Senatı tərəfindən təsdiqlənməlidirlər.
Nəşrdə bildirilir ki, onun gedişi Kiyev üçün xoş olmayan xəbər olacaq. Ehtiyatda olan general-leytenant Kelloq Ukrayna və Avropa tərəfindən, bəzən müharibənin səbəblərinə dair Moskvanın mövqeyinə meyllənən administrasiya daxilində, “onların fikirlərini dinləyən adam” kimi qiymətləndirilirdi:















