“Rusiya Suriyada baş verən dramatik hadisələri narahatlıqla izləyir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
XİN-in məlumatına görə, Bəşər Əsəd Suriyadakı münaqişənin iştirakçıları ilə danışıqlar nəticəsində prezident postundan getmək qərarına gəlib:
“O, hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək, ölkədən gedib”.
Rusiya sözügedən danışıqlarda heç bir formada iştirak etmədiyini açıqlayıb.