Livanın "Hizbullah" hərəkatı şənbə günü bütün qüvvələrini Suriyadan çıxarıb.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.
“Şənbə günü üsyançı qruplar paytaxt Dəməşqə yaxınlaşarkən "Hizbullah" bütün qüvvələrini Suriyadan çıxarıb”, - deyə agentlik bildirir.
Çəkilməyə nəzarət etmək üçün Suriyaya yerləşdirilən hərəkat qüvvələri göndərilib.
Dekabrın 5-də hərəkatın baş katibi Naim Qassem Livanın "Hizbullah" təşkilatının silahlı müzalifətə qarşı mübarizədə Suriya rəhbərliyinə dəstək verəcəyini bildirib.
Lakin artıq dekabrın 8-də Suriya müxalifəti Dəməşqi ələ keçirib. “Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqlayıb.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək” Suriyanı tərk etdiyini bildirib.