ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkəsinin Şimali Atlantika Alyansının üzvü olaraq qalması üçün əsas şərti açıqlayıb.
1xeber.media xəbər verir ki, o bu barədə "NBC News"a verdiyi uzun müsahibə zamanı məlumat veri.
"Əgər onlar hesabları ödəsələr, mütləq", - deyə Tramp müvafiq suala cavab verib.
Xatırladaq ki, Tramp ilk prezidentliyi dövründə alyansın avropalı üzvlərinin təşkilata töhfə səviyyəsini saxlamasının təmin edilməsi məsələsini qaldırmışdı. O, NATO-nun Avropanın təhlükəsizliyi üçün yaradıldığını və əsas maliyyə yükünün ABŞ-ın üzərinə düşdüyünü vurğulayıb.