ABŞ vitse-prezidenti Cey Devid Uens X sosial şəbəkəsindəki səhifəsindən qondarma “erməni soyqırımı” ifadəsinin yer aldığı paylaşımı silib.
ABŞ vitse-prezidentinin rəsmi səhifəsində Ermənistandan paylaşılan postda bu ifadədən istifadə olunsa da, qısa müddət sonra həmin tvit silinib.
Bunun ardınca isə Uensin mətbuat katibinin səhifəsindən yeni bir paylaşım edilib. Həmin postda vitse-prezidentin memorialı ziyarət etdiyini əks etdirən görüntülər yer alsa da, “soyqırımı” sözünə rast gəlinməyib.

















