Rusiya Prezidenti Vladimir Putinin Suriyadan 4 min iranlının təxliyəsi ilə bağlı dedikləri diqqət çəkir.
Bunu iranşünas Tiqran Davudyan yazıb.
O bildirib ki, İran bu vaxta qədər Suriyada hərbi kontingenti olmadığını iddia edib:
“Rusiya prezidenti bildirdi ki, “Rusiya ordusu İranın xahişi ilə Suriyadan 4 min iranlı əsgəri təxliyə edib”. Bu xəbərin İranda və beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğuracağı gözlənilir. İran həmişə Suriyada yalnız hərbi müşavirlərinin olduğunu bəyan edir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün ilin yekunları ilə bağlı mətbuat konfransında İranın 4 min hərbçisini Suriyadan çıxararaq Tehrana apardıqlarını bildirib.
Globalinfo.az