İstanbul Hava Limanında Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları tərəfindən həyata keçirilən reyd zamanı müvafiq icazə olmadan Türkiyə üzərindən tranzit daşınması həyata keçirilən qorilla balası tapılıb.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qorilla balası Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinin əməkdaşları tərəfindən reabilitasiyaya cəlb olunub:
“Balanın səhhəti getdikcə yaxşılaşır və bundan sonra da müşahidə altında saxlanılacaqdır”.