Suxumidə naməlum şəxslər Abxaziya parlamentində atəş açan deputat Adqur Xaraziyanın evinə atəş açıb.
1xeber.media TASS -a istinadən xəbər verir ki, respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb. “Naməlum şəxslər avtomobildən Suxumda Xaraziyanın evinə atəş açıblar”, - deyə təhlükəsizlik əməkdaşı bildirib.
Agentliyin Abxaziya Daxili İşlər Nazirliyindəki həmsöhbətinin sözlərinə görə, insident nəticəsində ölən olmayıb. Hazırda evin ətrafı mühasirəyə alınıb və axtarış tədbirləri davam etdirilir.
Xaraziya Abxaziya parlamentinin binası yaxınlığında baş verən atışmada şübhəli bilinir. Hadisə nəticəsində deputat Vaxtanq Qolandziya həyati ilə uyğun olmayan xəsarətlər alıb, digər deputat Kan Kvarchia isə qolundan yaralanıb.