Tacikistan Rusiyanın etibarlı müttəfiqidir.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin dekabrın 24-də həmkarı Emoməli Rəhmonla danışıqlar zamanı bildirib.“Münasibətlərimiz çox konstruktivdir və yaxşı templə inkişaf edir. Tacikistan bizim etibarlı müttəfiqimiz və yaxşı iqtisadi tərəfdaşımızdır”, - Rusiya lideri qeyd edib.
Dövlət başçısı əlavə edib ki, Moskva Düşənbənin ticarət-iqtisadi tərəfdaşları arasında birinci yerdədir. Putin həmçinin gələcək səmərəli əməkdaşlığa ümid etdiyini bildirib.Bundan əlavə, o qeyd edib ki, Rusiya Federasiyası beynəlxalq arenada təhlükəsizlik sahəsində Tacikistanla əməkdaşlığı davam etdirir. Bundan əlavə, tələbələrlə bağlı məsələ də qaldırılıb. Putin Tacikistandan olan tələbələr üçün universitetlərdə kvotanı artırmağa hazır olduğunu açıqlayıb.