
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Oman körfəzindəki dəniz blokadasını pozmağa cəhd etdiyi iddia olunan yük gəmisinə zərbə endirildiyini bildirib.
1xeber.media xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, gəmi heyətinin dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymaması və İranın dəniz blokadasını yarmağa cəhd etməsindən sonra CENTCOM qüvvələri Oman körfəzindəki kommersiya yük gəmisini sıradan çıxarıb.
Panama bayrağı altında üzən “Ocean Molica” (“Arika Sun” kimi də qeyd olunur) gəmisinə qırıcı təyyarə tərəfindən zərbə endirilib. Mərkəzi Komandanlığın iddiasına görə, hücum nəticəsində gəminin mühərriki sıradan çıxarılıb, heyətə isə heç bir xəsarət dəyməyib.
Qurumun məlumatına görə, gəmi daha əvvəl İran limanını tərk etdikdən sonra regional sulardan tranzit keçməyə cəhd edib.

















