1xeber.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra Rusiya lideri Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.
Ərdoğan bu barədə “Yeni Şafak” qəzetinə müsahibəsində danışıb.
Türkiyə liderinin sözlərinə görə, Zelenskinin Türkiyəyə səfəri zamanı Ukrayna münaqişəsinin həlli məqsədilə Türkiyədə üçtərəfli görüşün keçirilməsi məsələsi ətraflı müzakirə olunub.
Ərdoğan Moskva ilə Kiyev arasında münaqişənin dayandırılması üçün diplomatik addımların atılmasının prioritet əhəmiyyət daşıdığını vurğulayıb.
O bildirib ki, Ankara sülhə nail olmaq üçün səylərini davam etdirəcək. Ərdoğan əlavə edib ki, Putinlə görüşə hazırlıq məqsədilə Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxil olmaqla, digər rəsmilər rusiyalı həmkarları ilə təmaslar quracaqlar.
Türkiyə Prezidenti Moskva ilə danışıqların aparılmasının sülh prosesinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

















