Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak Rusiya ilə sülh danışıqlarının başlanması ehtimalını rədd edib.
1xeber.media xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Podolyakın sözlərinə görə, danışıqlarla bağlı bütün söhbətlər illüziyadır: "Çünki Rusiya bu müharibə üçün kifayət qədər yüksək qiymət ödəməyə məcbur olmayıb".
Bundan əlavə, Podolyak hesab edir ki, Ukrayna ABŞ-dan təhlükəsizlik zəmanəti almalıdır.