FSB profillərinə görə yerli mütəşəkkil cinayətkar qruplaşmanın lideri hesab edilən Nikolay Pavlinov Moskva vilayətinin Çexov şəhərində vəfat edib.
1xeber.media xəbər verir ki,o, qruplaşma yaratmaq və müdafiə torpaqlarını oğurlamaq ittihamı ilə 17 il müddətinə azadlıqdan məhrum edilimişdi.
Cümə günü, yanvarın 17-də Moskva vilayətinin Çexov şəhərində iş adamı, yerli mütəşəkkil cinayətkar qrupun lideri, “Vityaz” xokkey klubunun keçmiş həmtəsisçisi Nikolay Pavlinov vəfat edib. Bu barədə RBC-yə sahibkarın çevrəsinə yaxın iki mənbə məlumat verib.
Mənbələrdən birinin dediyinə görə, bir neçə gün əvvəl Nikolay Pavlinov regional xəstəxanaların birində kliniki ölüm keçirib. "Sonra o, komada idi" deyə RBC mənbəyə istinadən xəbər verib.