Türkiyənin İzmir şəhərindəki məktəblərdən birində qeydə alınan kadrlar müzakirələrə səbəb olub.
1xeber.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən ilin iyun ayında Bornova Yahya Kamal Bayatlı adına orta məktəbdə baş verib. Belə ki, məzuniyyət tədbirində müəllimlərin içki məclisi təşkil etdiyi üzə çıxıb.
Görüntülərdə müəllimlərin məktəb həyətində şampan açdığı və içki içib rəqs etdikləri görünür. Həmin kadrlar valideynlərin kəskin etirazına səbəb olub.
Bundan sonra İzmir Milli Təhsil İdarəsi tərəfindən araşdırma başladılıb. 6 müəllim və 4 məktəb işçisi işdən azad edilib.