“SpaceX” və “Tesla” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Maskın Ağ evdə ofis açmasına icazə verilməyib.
1xeber.media xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Bildirilib ki, Ağ ev aparatının rəhbəri Syuzan Uayls Maskın ABŞ Prezidenti Donald Trampa çıxışını məhdudlaşdırıb.
Qeyd olunub ki, Uayls Maskın Trampa təsirini azaltmaq və Maskın prezident səlahiyyətini bölüşməsinə mane olmaq üçün bunu edib.
Bundan əvvəl Maska Ağ Evdə ofis veriləcəyi, onun istifadəsi üçün ayrılmış yerin Ağ Evə bitişik olan Eyzenhauer inzibati binasında yerləşdiyi deyilirdi.