Tanınmış filosof-kulturoloq Niyazi Mehdi reanimasiyaya yerləşdirilib.
1xeber.media xəbər verir ki, bu barədə teleqraf.com-a Niyazi Mehdinin həyat yoldaşı Dilarə Mehdi məlumat verib.
"Həyat yoldaşım xəstəxanadadır. 10 gündür səhhətində ciddi problem var. Öncə başqa xəstəxanada müalicə aldı, sonra Mərkəzi Gömrük Hospitalına yerləşdirildi. Artıq 6 gündür ki, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsindədir. Ürəyin fəaliyyəti dayanmışdı. Vəziyyəti çox ağırdır", - Dilarə Mehdi bildirib.
O deyib ki, həyat yoldaşının indi diqqətə ehtiyacı var:
"Biz Niyazi Mehdinin səhhəti haqqında heç kimə məlumat verməmişik. Amma ona çox xoş olar ki, hamı ona diqqət ayırsın".