Rusiya nüvə və raket arsenalını artırmaq məsələsi ilə üzləşə bilər.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 30-da Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qriqori Maşkov məlumat verib.
O qeyd edib ki, ABŞ-ın qlobal raketdən müdafiə sisteminin inkişafı əvvəlki şərtlərdə strateji hücum silahlarının azaldılması və strateji sabitliyin qorunması perspektivlərinə “son qoyur”.
Onun sözlərinə görə, hazırkı reallıqda klassik ikitərəfli kontekstdə strateji sabitlikdən danışmaq mümkün deyil, “əgər biz özümüzü başqa illüziyaya sürükləmək istəmiriksə”.