Pentaqon Vaşinqtonda avadanlığı təyyarə ilə toqquşan bölmənin hərbi helikopterlərinin uçuşları dayandırıb.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
"Vaşinqton yaxınlığında bir sərnişin təyyarəsi ilə gecə saatlarında toqquşmada iştirak edən ABŞ Ordusunun bölməsinin fəaliyyəti dayandırılıb. Bu o deməkdir ki, bölmənin helikopterləri hələlik uçmayacaq", - agentlik iki məmurdan sitat gətirir.
Həmçinin müəyyən edilir ki, bir sıra bölmələrə bərpa işlərində iştirak etmək üçün helikopterlərdən istifadə etməyə icazə veriləcək. Xüsusilə, söhbət ABŞ Milli Qvardiyasının texnikasından gedir.
American Airlines-a məxsus sərnişin təyyarəsi hərbi helikopterə çırpılaraq Vaşinqtonda Potomak çayına enib. Təyyarədə Rusiyadan olan fiqurlu konkisürənlər də daxil olmaqla 64 nəfər olub. Hadisə yerində genişmiqyaslı xilasetmə əməliyyatına başlanılıb, artıq bir neçə cəsəd buzlu sudan çıxarılıb.