Uqandada Ebola virusu xəstəliyinin yayıldığı təsdiqlənib.
1xeber.media xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Üç milli istinad laboratoriyasının (bioloji materialları təhlil edən ixtisaslaşdırılmış tibb mərkəzləri. - Red.) məlumatlarına əsasən, Uqandanın paytaxtı Kampalada Sudan Ebola Virusunun (SUDV) epidemiyası qeydə alınıb", - nazirlik bildirib.
İlk xəstələrdən biri qızdırma kimi simptomlar inkişaf etdirdikdən sonra həkimə müraciət edən paytaxt xəstəxanalarından birində tibb bacısı olub. O, cümə axşamı, yanvarın 30-da dünyasını dəyişib. Yayılma Sudan ebolavirusunun (SUDV) olduğunu təsdiqlədi.