Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) sorğusuna əsasən, rusiyalıların ölkə prezidenti Vladimir Putinə etimad səviyyəsi 78,1% təşkil edir.
1xeber.media xəbər verir ki, araşdırma məlumatları saytda dərc olunub.
Bundan əlavə, Rusiya liderinin 2025-ci il yanvarın 20-dən yanvarın 26-dək olan dövr üçün fəaliyyətini bəyənmə reytinqi 74,9% təşkil edib. Sorğuda 1,6 min yetkin rus iştirak edib.
Həmçinin qeyd edilir ki, ölkənin baş naziri Mixail Mişustinin işinin bəyənilmə səviyyəsi 0,4 faiz bəndi artaraq 52,4 faiz təşkil edib.
Rusiya hökumətinin fəaliyyətini respondentlərin təxminən 50,9%-i müsbət qiymətləndirir ki, bu da əvvəlki həftədən 1,9 faiz bəndi çoxdur.