Rusiya tezliklə “İsgəndər” operativ-taktiki raket kompleksinin (OTRK) atış məsafəsini iki dəfə artıran yeni versiyasının istehsalına başlaya bilər.
1xeber.media xəbər verir ki, bu barədə Amerikanın Military Watch Magazine (MWM) nəşri yazır.
“Çoxsaylı mənbələr Rusiyanın rəsmi təyinatı hələ təsdiqlənməmiş “İskəndər-M” OTRK-nın yeni versiyasının seriyalı istehsalına başlamağa yaxın olduğunu bildirdi. Yeni raketin uçuş məsafəsini iki dəfə artıracağı gözlənilir”, - nəşr yazır.