Ukrayna Hollandiyadan F-16 qırıcı-bombardmançılarının yeni partiyasını gözləyir.
1xeber.media xəbər verir ki, bu barədə cümə günü, ölkənin müdafiə naziri Rüstəm Umerov Hollandiyadan olan həmkarı Ruben Brekelmansla görüşdən sonra bildirib.
“Əsas prioritet F-16 proqramıdır. Biz 2025-ci ildə növbəti təyyarə partiyasının təhvil verilməsini gözləyirik və pilotların, mühəndislərin və texniki personalın təlimini davam etdiririk”, - nazir özünün Facebook səhifəsində yazıb .
Umerov dronları ikinci prioritet kimi qeyd edərək, Ukrayna tərəfi ilə Hollandiyanın əvvəllər elan edilmiş 400 milyon avronun bölüşdürülməsini və uzaq məsafəli imkanlar üçün layihələrin hazırlanmasını koordinasiya etdiyini qeyd edib.