2023-cü ilin fevralın 6-da baş verən və "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş zəlzələsindən daha bir görüntü ortaya çıxıb.
1xeber.media xəbər verir ki, Türkiyədə gündəm mövzusu olan foto diqqətləri öz üzərinə çəkməyi bacarıb.
Belə ki, 2 il sonra ortaya çıxan fotoda ata dağıntılar altından çıxardığı qızının cansız bədənini qucaqladığı əəks olunub. Ailəsini də dağıntılar altında itirən kişinin çarəsizliyi ürəkləri dağladıb.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.