HƏMAS və İsrail arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən iki həftə sonra humanitar yardım karvanları Qəzza zolağına daxil olub.
1xeber.media bu barədə bazar ertəsi, fevralın 3-də Associated Press məlumat yayıb.
Razılaşmaya əsasən, İsrail hər gün Qəzzaya humanitar yardım aparan 600-ə qədər yük maşınına icazə verəcəyini vəd edib. Bununla belə, yardımın paylanması dağılmış yollar, İsrailin yoxlamaları və partlamamış hərbi sursatların olması ilə çətinləşir.
Ərzaq qiymətlərinin yüksəkliyi və ilkin tələbat mallarının çatışmazlığı ilə üzləşən bir çox sakinlər ağır şəraitdə yaşamağa davam edir. Məqalədə deyilir ki, İsrail hələ də bəzi “ikili təyinatlı” malların silahlılar tərəfindən istifadəsindən ehtiyat edərək idxalını məhdudlaşdırır.