Gürcüstan Cənubi Osetiyadan etdiklərinə görə üzr istəməlidir və o zaman onlar ikitərəfli dostluq münasibətləri qura biləcəklər.
1xeber.media xəbər verir ki, bu barədə fevralın 6-da Moskvada keçirilən Prodexpo sərgisi zamanı jurnalistlərə Cənubi Osetiyanın Rusiya Federasiyasındakı səfiri Znaur Qasyev məlumat verib.
“Biz cənub qonşumuzla dost olmağa hazırıq, lakin qarşılıqlı hörmət şərti ilə”, - o qeyd edib.
Qasyevin sözlərinə görə, gürcü tərəfi Cənubi Osetiyadan üzr istəməli, təzminat ödəməli və respublikanın müstəqilliyini tanımalıdır.