Rusiya İstintaq Komitəsi (İK) Samara şəhərinin keçmiş meri Viktor Tarxovun nəvəsi Yekaterinaya qarşı ikiqat adam öldürməkdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi) ittiham irəli sürüb.
1xeber.media xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
“İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər yaranmış ədavət zəminində qətli Samara şəhərində babası və nənəsinin mənzilində törədib, sonra isə onların cəsədlərini gizlətmək üçün tədbirlər görüb”, – Telegram kanalında dərc olunan mesajda deyilir.
İstintaq Komitəsi onu da bildirib ki, mərhumun yaşadığı ünvanda aparılan axtarışlar zamanı binanın kimyəvi qələvi məhlulu ilə işlənməsi müəyyən edilib. Cinayəti gizlətmək üçün təqsirləndirilən şəxslər tikinti mişarı, kimyəvi maddələr olan kanistrlər və plastik qablar alıblar.
“İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs işləməyib, zərərçəkənlər ona dəstək olublar və onun üçün şəhərin mərkəzində mənzil kirayələyiblər”, - idarənin məlumatında deyilir.
Təqsirləndirilən şəxs ifadə verməkdən imtina edib. İstintaq davam edir, İstintaq Komitəsi cinayətdə başqa şəxslərin də əli olması ilə bağlı versiyanı yoxlayır.