ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) korrupsiya görünməmiş həddə çatıb.
1xeber.media xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp bəyan edib.
“USAİD-in qərarı radikal solçuları dəli edir, lakin onlar heç nə edə bilmirlər, çünki pulun necə bölüşdürülməsi və külli miqdarda saxtakarlığın izahı mümkün deyil. “Korrupsiya görünməmiş səviyyəyə çatıb”, o, “Truth” sosial şəbəkəsində yazıb.
Yanvarın 20-də Ağ Evin saytında Trampın Vaşinqtonun digər ölkələrə inkişaf yardımını 90 gün müddətinə dayandırması barədə sərəncamı dərc edilib. Daha sonra, yanvarın 25-də Reuters agentliyi ABŞ Dövlət Departamentinin dövlət katibi Marko Rubionun təsdiqlədiyi məktubdan sonra USAID-in xarici ölkələrə, o cümlədən Ukraynaya yardım proqramlarını dondurduğunu bildirdi.