Yəmənin şiə Ənsar Allah (Husi) hərəkatı ABŞ prezidenti Donald Trampın Qəzza sakinlərini köçürmək planının reallaşacağı təqdirdə raket hücumları ilə hədələyib.
1xeber.media xəbər verir ki, Reuters xəbər verir ki, bu barədə hərəkatın lideri Abdel Malik əl-Husi bildirib.
“ABŞ və İsrail Fələstin xalqını məskunlaşdırmaq planını tətbiq edərsə, biz də öz növbəmizə hərbi müdaxilə edəcəyik. Biz arxada oturub bunun baş verməsinə tamaşa etməyəcəyik, əgər onlar güc yolu ilə hərəkət etmək planlarını həyata keçirməyə qərar versələr, raket zərbələrini, pilotsuz təyyarələrin buraxılışlarını, dəniz əməliyyatlarını və digər vasitələri bərpa edəcəyik”.
Fevralın 5-də Tramp Qəzza sakinlərinin Misir və İordaniyaya köçürülməsini təklif edib. O qeyd edib ki, bu ölkələrin hakimiyyət orqanları hazırda fələstinliləri qəbul etməkdən imtina edir, lakin sonda razılaşacaqlarına əminlik ifadə edib. O vurğulayıb ki, anklav tamamilə dağıdılıb, ona görə də “orada yaşamaq mümkün deyil”.
Daha sonra radikal Həmas hərəkatı Trampın fələstinlilərin Qəzza zolağından başqa ölkələrə köçürülməsi təklifinin Fələstin məsələsini məhv etmək üçün qəbuledilməz cəhd olduğunu bildirib.