Bir neçə gün öncə tanınmış aparıcı Leyla Mustafayeva evinin bağçasına meteorit düşdüyünü bildirmişdi.
1xeber.media xəbər verir ki, aparıcı sosial şəbəkədə paylaşım edərək həmin daşın meteorit olduğunun təsdiqləndiyini yazıb.
Onun sözlərinə görə, Geologiya və Geofizika İnstitutu tərəfindən daşın meteorit olduğu rəsmi şəkildə təsdiq olunub.
Laborator analizlərdən sonra daşın bazalt tipli meteorit olduğu üzə çıxıb.
Leyla Mustafayeva sözügedən daşı satışa çıxaracağını bildirib.
“Bu da nəticə. Daşım meteoriddir”, - aparıcı qeyd edib.