“FDI International” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilati-hüquqi formasının dəyişdirilir.
1xeber.media əldə etdiyi məlumata görə, QSC bu səbəbdən yenidən təşkil ediləcək.
Belə ki, “FDI International” QSC-nin təşkilati-hüquqi forması dəyişdirilərək “FDİ International” Mənzil-Tikinti Kooperativinə (MTK) çevrildiyini elan edib.
Bununla əlaqədar olaraq “FDİ İnternational” QSC-nin hər birinin nominal dəyəri 10 manat olan 200 ədəd adi, adlı, sənədsiz səhmi dövriyyədən çıxarılır.
Qeyd edək ki, sözügedən şirkət 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Məhərrəmov Ramil Ələsgər oğludur