Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib", - Telegram kanalında deyilir.
Lavrov fevralın 23-də Ankaraya səfər edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, nazir beynəlxalq, regional və ikitərəfli gündəliyi müzakirə etmək üçün danışıqları planlaşdırıb.