Ukrayna və ABŞ arasında mineral ehtiyatlardan istifadəyə dair saziş imzalana bilər.
1xeber.media xəbər verir ki, müqavilənin imzalanma tarixini Axios ilə söhbətində yüksək rütbəli Ukrayna rəsmisi deyib.
"Sənəd ən son versiyadır, lakin ona hələ də dəyişikliklər edilə bilər", - mənbə nəşrə bildirib. Məlumata görə, sazişi imzalayanlar Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa və ABŞ dövlət katibi Marko Rubio olacaq.
Ukrayna və Amerika mənbələri Axios-a razılaşmanın təfərrüatlarını bildirib və sövdələşmənin yaxın vaxtlarda açıqlana biləcəyini vurğulayıblar. Sazişin mətnində ABŞ-ın Maliyyə Nazirliyi və Ticarət Departamentləri, eləcə də ABŞ vitse-prezidenti J.D.Vansın ofisi ilkin çərçivə sənədi imzalandıqdan sonra Ukrayna İqtisadiyyat Nazirliyi ilə sazişin detallarını işlətməyə çağırır.
Bundan əvvəl “Axios” məlumat vermişdi ki, Ukrayna və ABŞ arasında təbii ehtiyatlara dair saziş layihəsində Rusiya əraziləri qeyd olunur. Ukraynanın mineral sərvətlərinin əhəmiyyətli bir hissəsinin Rusiyaya birləşdirilən ərazilərdə yerləşdiyi vurğulanır.