Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris və London Kiyevin təhlükəsizliyinə zəmanət vermək üçün plan hazırlayıblar.
1xeber.media xəbər verir ki, onun çıxışı Yelisey sarayı tərəfindən X sosial şəbəkəsində yayımlanıb.
ABŞ prezidenti Donald Trampla görüşdə Makron Fransa və İngiltərənin Ukrayna ilə bağlı plan hazırladığını bildirib.
“Britaniyalı həmkarlarımızla hazırladığımız odur ki, biz təhlükəsizlik zəmanətlərini (Ukraynaya - red.) verməyə hazırıq ki, bu da qoşunların göndərilməsinə qədər gedə bilər”.
Fransa liderinin sözlərinə görə, hərbçilər mütləq cəbhə xəttində yerləşməyəcək. Xüsusilə, onlar zəmanət kimi təqdim edilə bilər.