Kanada Rusiyaya qarşı sanksiya siyahısına 76 fiziki və hüquqi şəxs əlavə edib.
1xeber.media xəbər verir ki, bu, yenilənmiş “Xüsusi İqtisadi Tədbirlər haqqında Əsasnamə”dən (Rusiya) irəli gəlir.
Kanada hökumətinin saytında dərc olunan sənədə görə, yeni sanksiyalar 33 şəxs və 44 təşkilatı əhatə edib.
“Kanada karbohidrogenlər də daxil olmaqla, sanksiyaya məruz qalmış malların daşınmasında iştirakına görə 109 gəmiyə sanksiya tətbiq etməklə Rusiyanın kölgə donanmasına qarşı tədbir görür”, – Baş nazir Castin Trüdonun mətbuat xidməti əlavə edib.