Bu ilin fevralın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 45,6 milyard manat təşkil edib.
1xeber.media Mərkəzi Bankdan (AMB) əldə etdiyi məlumata görə, bu, aylıq müqayisədə 930,5 milyon manat və ya 2% az, 2024-cü ilin eyni dövrünə nisbətən isə 665,6 milyon manat və ya 1,5% çoxdur.
Bundan əlavə, bu ilin fevralın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 34,7 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 1,9 milyard manat və ya 5,2% az, 2024-cü ilin eyni dövrünə nisbətən isə 516,9 milyon manat və ya 1,5% çoxdur.
Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 27,6 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 2 milyard manat və ya 6,8%, 2024-cü ilin fevralın 1-nə nisbətən isə 1,1 milyard manat və ya 4% azdır.
Eyni zamanda bu ilin yanvarın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 15,3 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 572,6 milyon manat və ya 3,6%, ötən ilin eyni dövrünə nisbətən isə 131,2 milyon manat 0,8% azdır.