ABŞ prezidenti Donald Trampın administrasiyası Kanadanı Qərb kəşfiyyat alyansı Five Eyes-dən çıxarmağı planlaşdırıb.
1xeber.media xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, bu ideya Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro tərəfindən irəli sürülüb. Alyansa Avstraliya, Böyük Britaniya və Yeni Zelandiya da daxildir.
Vaşinqtonun bu yolla Ottavanı Amerika ərazisinə köçən qeyri-qanuni miqrantlarla mübarizəni gücləndirməyə sövq etməyə ümid etdiyi vurğulanır. Hazırda Amerika liderinin bu ideyaya necə reaksiya verdiyi məlum deyil, lakin bu, Ağ Ev rəsmiləri tərəfindən geniş müzakirə olunur.
Bundan əvvəl amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Kanadanı saxta ölkə adlandırmışdı. Bu yolla o, Kanada vətəndaşlığından məhrum edilməsi tələbi ilə müraciətə cavab verib.