Azərbaycan və Qazaxıstanın 17 universiteti 40-dan çox əməkdaşlıq barədə sənədlər imzalayıb.
1xeber.media xəbər verir ki, sənədlər bu gün ADA Universitetində Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə dair dəyirmi masa çərçivəsində imzalanıb.
Bu sənədlər tərəflərin akademik qarşılıqlı fəaliyyəti genişləndirmək, birgə təhsil proqramları yaratmaq və elmi əməkdaşlığı dərinləşdirmək niyyətini nümayiş etdirir.