Böyük Britaniyanın baş naziri Key Starmer ABŞ prezidenti Donald Trampla Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı aparıb.
1xeber.media xəbər verir ki, bunu Britaniya hökumətinin başçısının mətbuat katibi Deyv Pares bildirib.
Onun sözlərinə görə, siyasətçilərin ümumi məqsədi var, o da “Ukraynada təhlükəsiz və davamlı sülhün” təmin edilməsidir. Eyni zamanda, mətbuat katibi qeyd edib ki, Starmer Trampın ona Amerikanın Ukraynaya hərbi yardımını dayandırmaq planları barədə məlumat verib-vermədiyini açıqlamaqdan imtina edib.