Serbiyada parlamentin ilk yaz sessiyası zamanı baş verən davada 3 qadın deputat xəsarət alıb.
1xeber.media xəbər verir ki, bu barədə martın 4-də “Kurir” nəşri məlumat yayıb.
Belə ki, başlayan iğtişaşlar nəticəsində 63 yaşlı Jasmina Obradovic insult keçirib. Hazırda onun vəziyyəti ağırdır və həkimlər ona lazımi köməklik göstərirlər.
Yasmina Karanac baş nahiyəsinə qumbaraatanla bibər qazı vurulub. Onun ağır bədən xəsarətləri aldığı qeyd edilir.