Britaniya Suriya Mərkəzi Bankı və neft şirkətləri də daxil olmaqla, Suriyanın 24 qurumuna qarşı sanksiyaları ləğv edib.
Cümə axşamı qəbul edilən qərara onların aktivlərinin dondurulması da daxildir.
1xeber.media xəbər verir ki, bu barədə martın 6-da Reuters agentliyi məlumat yayıb.
Məqalədə qeyd olunduğu kimi, Qərb ölkələri Yaxın Şərq dövlətinə “öz yanaşmalarını yenidən nəzərdən keçirirlər”.
Böyük Britaniya Xəzinədarlığının saytında yerləşdirilən sənədə əsasən, Al Furat, Deyr Ez-Zur, Mahrukat, Ebla, General Petroleum Corporation (GPC), Overseas Petroleum Trading, Syria Trading Oil Company (Sytrol) və digər neft şirkətləri, həmçinin səkkiz bank və Suriya Ərəb Hava Yolları aviaşirkəti siyahıdan çıxarılıb.