Serbiya prezidenti Aleksandr Vuçiç martın 7-də rusiyalı həmkarı Vladimir Putinlə söhbətini açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Sabah saat 12:00-da Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviçlə söhbətim olacaq. Bu, Serbiya və Rusiya arasında ikitərəfli münasibətlər mövzularında söhbət olacaq”, - Serbiya lideri qeyd edib.
Serbiya prezidentinin sözlərinə görə, söhbət zamanı iki ölkə liderləri enerji məsələləri və ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər. Vuçiç həmçinin bildirib ki, Srpska Respublikasının prezidenti Milorad Dodik ona mesaj verib və onu Rusiya prezidentinə çatdırmaq niyyətindədir.