ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib ki, Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul olunarsa, Ukraynanın hazırkı lideri Vladimir Zelenski onları böyük fərqlə itirəcək.
1xeber.media xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ukraynada seçkilər keçirilməlidir. Zelenski böyük fərqlə uduzacaqdı”, - nəşr yazır.
Amerikalı sahibkar bu mesajı sosial şəbəkə istifadəçisinin Ukraynada rejimin dəyişməsinin sülhə aparan yeganə yol olduğunu deyən yazısına cavab olaraq yazıb.